Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib 

18:50 17.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Rumıniyadakı Aleksandru İoan Kuza Universitetinin nəzdindəki Azərbaycan Multikulturalizm Mərkəzi və Azərbaycan Dillər Universitetinin nəzdindəki Rumın Dili və Mədəniyyəti Mərkəzi "Nizami Gəncəvi yaradıcılığının dünya ədəbiyyatında yeri" adlı birgə onlayn dəyirmi masa təşkil edib. Tədbir dünya ədəbiyyatının dahi nümayəndəsi Nizaminin 880-ci ildönümünə həsr olunub.

Hafta.az-ın yazdığına görə, onlayn tədbirdə Azərbaycanın Rumıniyadakı səfirliyinin nümayəndələri Təbriz Qarayev və Zaur Qulamalıyev də iştirak ediblər.

Dəyirmi masada tələbələrin şairin həyat və yaradıcılığına dair təqdimatları nümayiş olunub (Lidiya İvanov, UAİK; Dumitru Prisekaru, UAIC; Fidan Kərimova, ADU; Aydan Burxanzadə, ADU; Gülşən Atakişiyeva, ADPU, Filote Erika, UAIC).

Daha sonra 1961-ci ildə Azərbaycan kinematoqrafçıları tərəfindən çəkilmiş “Leyli və Məcnun” filmi nümayiş olunub. Eyni zamanda, həmin filmin Azərbaycan, rumın, rus, ingilis, ispan və italyan dillərində qiraəti baş tutub.